Əlcəzairdə güclü zəlzələ olub


17:43     29 May 2016 Azerbaycanda_zelzele.jpg

Bu gün yerli vaxtda saat 00.54 radələrində (Bakı vaxtı ilə 03.54) Əlcəzairdə 5,2 maqnitudalı zəlzələ baş verib.

Femida.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ ocağı Əl-Əhdariyə şəhərindən 19 km cənub-qərbdə, Əlcəzair paytaxtından 56 km cənub-şərqdə 11,9 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1238