Qocalar evi yandı: 17 ölü


18:16     29 May 2016 fc95e84488e02c7e6e2134e66ee75e81.jpg

Ukraynada yanğın zamanı 17 yaşlı şəxs həyatını itirib, 5 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Femida.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ötən gecə Kiyev vilayətinin Brovar rayonunun Litoçka kəndində qocalar üçün inşa edilmiş şəxsi evdə yanğın baş verib.

Nəticədə 17 yaşlı şəxs həyatını itirib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Komitəsi onların hamısının cəsədinin aşkarlandığını açıqlayıb. Xəstəxanaya yerləşdirilən 5 nəfərdən ikisinin durumunun ağır olduğu da açıqlanıb.

Hüquq-mühafizə orqanları həmin qocalar evinin qeyri-qanuni tikildiyini bildirib. Partlayışın televizorda baş verən partlayışın səbəb olduğu ehtimal edilir. Cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1392