`Mercedes` aşdı: yaralılar var


18:59     29 May 2016 trend_car_crash_181111_37.jpg

Yevlax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, rayon ərazisində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü təhlükəsizlik kəməri taxdığından xəsarət almadan canını qurtarıb. Avtomobildə olan 26 və 36 yaşlı iki qadın, eləcə də 6 yaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 809