Hacıqabulda yanğın olub


20:16     29 May 2016 e933d2e976yangin_sivil_sinai.jpg

Bu gün saat 13:30 radələrində Bakı-Qazax magistralının 115-ci km-də, Hacıqabul rayonu ərazisində yol kənarında salınmış yaşıllıqlarda yanğın baş verib.


Femida.az xəbər verir ki, yanğın 10 hektardan çox ot sahəsini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yolkənarı yaşıllıqların bir qismini, o cümlədən Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahəni əhatə edib.

Dəmir yolu xəttinə ziyan dəyməyib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib və yanğın saat 15:30 radələrində söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1006