Jurnalist reportaj zamanı çayda boğulub


22:18     29 May 2016 e77f4d4d5ccaad31bfdbd22e6b102025.jpg

Gürcüstanın GDS teleşirkətinin əməkdaşı Zviad Txelidze reportaj hazırlayarkən qəza nəticəsində həyatını itirib.


Femida.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Z. Txelidze Deşet rayonundan reportaj hazırlayıb.

Jurnalist Xad kanyonunda dağ çayına düşən çəkiliş aparatını çıxarmaq istəyərkən suya düşüb. Z. Txelidzenin axtarışına 50 xilasedici cəlb edilib və bu gün cəsədi tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1002