İŞİD bu şəhəri işğal etdi


01:15     30 May 2016 ISIL-10.jpg

İŞİD terror qruplaşması Suriyanın şimalında yerləşən Marea şəhərində nəzarəti ələ keçirib.



Femida.az xəbər verir ki, bu barədə “Daily Star” qəzeti öz elektron versiyasında yazıb.
Məlumata görə, terrorçular mötədil silahlı müxalifətin özülünü təşkil edən “Azad Suriya Ordusu” (ASO) adlı qruplaşmanı oradan çıxardıblar.
Türkiyə sərhədlərinin 10 km-də gedən şiddətli döyüşlər zamanı hər iki tərəf itki verib. Nəşrin məlumatına görə, ASO sıralarında 60-dan çox yaraqlı ölüb, İŞİD-in itkisi 47 nəfər təşkil edib. Dinc sakinlər arasında 29 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Açar sözlər:

Oxunub: 929