İdmançımız 1 qızıl, 1 gümüş medal qazanıb


01:30     30 May 2016 1464512741_inna-osipenko-radomskaya503.jpg

Azərbaycan kayakçısı İnna Osipenko Radomskaya Çexiyanın Raçitse şəhərində keçirilən II Dünya Kubokunda daha bir medal qazanıb.



"Report"un məlumatına görə, 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşün qalibi olub.
Osipenko-Radomskaya seçmə yürüşdə finişə 1 dəqiqə 53,797 saniyəyə, yarımfinalda 1 dəqiqə 53,393 saniyəyə, finalda 1 dəqiqə 52,388 saniyəyə çatıb. O, hər üç halda bütün rəqiblərini geridə qoyub.
Qızıl medalı təcrübəli kayakçıya Azərbaycan Milli Avarçəkmə Federasiyasının icraçı direktoru Rövşən Kərimov təqdim edib.
Beləliklə, İnna Osipenko-Radomskaya II Dünya Kubokunu 1 qızıl, 1 gümüş medalla başa vurub. O, gümüş medalı ötən gün qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə əldə edib. Ötən həftəsonu Almaniyanın Duysburq şəhərində keçirilmiş I Dünya Kubokunda isə Osipenko-Radomskaya 1 gümüş, 1 bürünc medal qazanmışdı.

Açar sözlər:

Oxunub: 946