Tələbələrin avtobusu qəzaya uğradı - 2 ölü, 18 yaralı


01:58     30 May 2016 600-0-1-700.jpg

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 5302