Hindistandan açıqlama: “Pakistanın yanındayıq”


03:42     30 May 2016 1464541609.jpg

Hindistan terrorizmlə mübarizədə Pakistana yardım etməyə hazırdır.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hindistanın Daxili İşlər naziri Radjnatx Sinqx söyləyib. Onun sözlərinə görə, Pakistanın bu məsələdə Hindistana güvənə biləcəyini söyləyib. O həmçinin son iki ildə Pakistandan Hindistana terrorçuların keçidinin 52% azaldığını da bildirib.

Qeyd edək ki, Pakistan və Hindistan uzun illərdir Kəşmir uğrunda mübarizə aparırlar. Tərəflər arasında bu ərazinin ələ keçirilməsi üçün bir neçə dəfə genişmiqyaslı müharibə də olub. Hindistan bundan öncə Pakistanı dəfələrlə terrorizmin əsas maliyyəçilərindən biri adlandırıb.

Açar sözlər:

Oxunub: 948