`Azərbaycanla əməkdaşlıq genişləndirməlidir` - Liberman


13:26     30 May 2016 liberman.jpg

İsrail və Azərbaycan arasında əməkdaşlıq istiqamətlərin ən geniş spektri üzrə olduqca dinamik inkişaf edir.


Femida.az bildirir ki, bunu İsrailin yeni müdafiə naziri Aviqdor Liberman xarici KİV-ə ilk olaraq Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, münasibətlərin səviyyəsi, həqiqətən də, çox yüksəkdir və iki ölkə üçün onların əhəmiyyətini qiymətləndirmək çətindir: "Bütün sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi dövlətlərimizin maraqlarına cavab verir və mənə oldquca perspektivli görünür".

Terrorçuluqla mübarizə sahəsində Azərbaycanla əməkdaşlığa toxunarkən nazir qeyd edib ki, hazırda terrorçuluqla mübarizə məsələsi İsrail üçün həyati önəmə malikdir: "Dövlətin əsası qoyulduğu andan etibarən bütün tarix boyunca terrorçuların mütəmadi, davamlı hücumlarına qarşı durmaq məcburiyyətində qalmışıq. Beynəlxalq terrorun qarşısını almaq üçün azad dünyanın bütün ölkələri öz səylərini birləşdirməlidir".

Femida.az

Açar sözlər:

Oxunub: 1223