Ermənilər atəşkəsi 23 dəfə pozub


13:31     30 May 2016 ateskes1_7020.jpg

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 889