10 yaşlı oğlanı ilan sancdı


14:29     30 May 2016 yilan-56.jpg

Tovuz rayonunda ilan sancma hadisəsi olub.


Rayonun Düz Qırıqlı kənd sakini, 2006-cı il təvəllüdlü Aydın Əliyev ilan sancma diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əl barmağını ilan sancan 10 yaşlı oğlana dərhal tibbi yardım göstərilib və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Məlumata görə, A. Əliyev həyətyanı sahələrində təsərrüfatda işləyərkən ilan onu sancıb.

Rayonun Əlibəyli kənd sakini 2009-cu il təvəllüdlü Elvin Vüqar oğlu Məmmədovu isə naməlum həşərat sancıb. O xəstəxanaya gətirilib və ona da tibbi yardım göstərildikdən sonra evə buraxılıb./apa.az/

Femida.az

Açar sözlər:

Oxunub: 1085