Ermənistanı lənətləyən ermənilər - SİYAHI + VİDEO


16:27     13 İyun 2016 ermni%20yaz;,;5.jpg

Ermənistanın işğalçı ölkə olduğunu təsdiq edən, kifayət qədər tanınmış ermənilər də var. Ermənilərin dəfələrlə müharibəyə etiraz etdiyini mətbuat vasitəsi ilə görmüşük. Hətta övladını itirən əsgər anaları Sarkisyana etiraz olaraq küçələrə çıxmışdı.


Bu sadə xalqın Sarkisyanın işğalçılıq planlarına qarşı çıxması idi. Ancaq siyahı bununla bitmir. Ermənistanın bir neçə tanınmış hüquq müdafiəçiləri Dağlıq Qarabağ uğrunda aparılan müharibənin mənasız olduğunu və bu yolda Ermənistanın işğalçı niyyətindən əl çəkməsinin vacibliyini deyirlər.

Femida.az Ermənistanın işğalçı niyyətinə etiraz edən və Dağlıq Qarabağın Azərbayaca aid tarixi torpaqlar olduğu faktını təsdiqləyən ermənilərin kimliyi ilə bağlı araşdırma yazını təqdim edir. Bu siyahıda millət vəkili və hüquq müdafiəçiləri də var.



Ermənistanı işğalçı ölkə kimi tanıyan ermənilərdən biri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyandır. O, 1963-cü ildə 9 may tarixində Azərbaycan SSRİ-nin Şamuyan rayonunun Qaraçinar kəndində anadan olub. İlk ali təhsilini teatr sahəsində aldıqdan sonra bir müddət bu sahədə işləyir. Sonralar siyasi çaxnaşmalar dövründə o siyasi fəal kimi hərəkatlara qoşulub. Tarixi proseslərin birbaşa şahidi olan Vanyan həmin illərdən hüquq müdafiəçisi kimi insanların hüquqlarını qorumağa başlayır. O illərdən sonra Ermənistanda tanınmış hüquq müdafiəçisinə çevrilir. Dəfələrlə Ermənistan rəhbərliyinin işğalçılıq planlarından əl çəkmələrini bəyan edir. Həmin illərdə Vanyan böyük təyziqlərə məruz qalır.

Hətta o 2012-ci ilin aprelində Ermənistanın Gümrü şəhərində keçirilən kino festivalında Azərbaycan filmlərinin də nümayiş olunmasını irəli sürmüşdü. Həmin ərəfədə Ermənistana gələn hüquq müdafiəçisi bir qrup erməni tərəfindən hücuma məruz qalmışdı. Ermənilər onu azərbaycanlılara işləməkdə ittiham edirlər. Buna görə də ona qarşı ciddi etirazlar var. Georgi Vanyan isə mətbuata açıqlamasında burada heç bir satılmaqdan söz gedə bilməz deyib. O, bütün bu proseslərin gözünün qarşısında olduğu üçün Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini bildirib.




Vanyana Gümrüdə hücum

Dağlıq Qarabağın Azərbaycanın torpağı olduğunu açıq-aşkar etiraf edir:

“ Təəssüf ki, nə hökumətlərin, nə də ki, dünya ictimaiyyətinin konfliktin həllində heç bir marağı var. Bizim xalqların daxilində nə isə dəyişməlidir. Gərək, daxildə yeni proses, mədəni inqilab, beyinlərin inqilabı başlasın. Putin və onun rejimi mütləq Qafqazdan getməlidir. Ümumiyyətlə, onlar Rusiyadan getsələr, daha əla olar.” Bu sözlər onun Qarabağda baş verən döyüşlərlə bağlı bildirdiyi fikirlərdəndir. Ermənistan hökumətinin təyziqlərindən sonra o, ölkəni tərk etmək məcburiyyətində qalıb. Hazırda Almaniyanın Münhen şəhərində yaşayır.




Ermənistanı işğalçı ölkə kimi tanıyan və Sarkisyan hakimiyyətini günahlandıran daha bir erməni İnsan haqqları və azadlıqlarının müdafiəsi təşkilatının rəhbəri, keçmiş siyasi məhbus və tanınmış hüquq müdafiəçisi Vardan Arututyandır.




O, Ermənistan hakimiyyətini birbaşa tənqid etdiyi üçün dəfələrlə təyziqlərə məruz qalıb. Vardan öz çıxışlarında dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub. Yenidən Azərbaycana qaytarılmalıdır. Bu müharibənin davam etməsi Ermənistanı çox geri qoyur.

Arututyan bu istiqamətdə ölkələr arasında xalq diplomatiyasının rolunun daha böyük olduğunu deyir. Bu məqsədlə Gümrüdə keçirilən kino festivalında Azərbaycan filmlərinin də nümayiş olunması ideyasını digər hüquq müdafiəçisi Georgi Vanyanla birgə irəli sürüb. Həmin vaxt həmyerliləri tərəfindən təyziqlərdən sonra bir müddət ölkədən çıxmaq qərarına gəlir. Bu günün özündə belə tanınmış hüquq müdafiəçisi Ermənistanın bu müharibədə haqsız olduğunu və Sarkisyan hakimiyyətinin günahkar olduğunu deməkdədir.

Ermənistanı işğalçı ölkə kimi tanıyan ermənilərin siyahısı bununla bitmir. Onların sırasında yazıçılar da var. “Elnara” adlı kitabın müəlifi Çubukçyan hazırda həqiqətləri etiraf etdiyinə görə bütün titullardan məhrum olunub.

O yazdığı kitabında “Qarabağ sizindir və sizə qurbandır” fikirləri açıq şəkildə etiraf olunur. Çubukçyan eyni zamanda sabiq deputatdır. Hətta o, Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşı olmaq istəsə də, ermənilər buna imkan verməyib.


Siyahının növbəti pilləsində daha bir erməni yazıçı dayanır. O ABŞ-da yaşayan tanınmış erməni yazıçı, publisist Armen Melikyandır.





Armen hətta qondarma “erməni soyqırımı”nı iddialarını belə ermənilərin haqsız istəyi olduğunu deyir. O, Aprelin 24-də bu mövzu ilə bağlı öz şəxsi feysbuk statusunda yazıb :

“Aprelin 24-də ermənilər yenə də bütün dünyaya mədəniyyətsiz, qanacaqsız, ağılsız, neandertal şüurlu insanlar olduqlarını göstərdilər. Ermənilər "soyqırım", "soyqırım" dedilər, bağırdılar, ağlaşdılar - Ermənistan prezidentindən tutmuş "vətənpərvər" gənclərədək... Cəhənnəm olun, sarsaqlar! Sizin dini liderlərinizə tüpürüm! Cəhənnəm olsun siyasi liderləriniz! Sizin hakimiyyətinizə, bütün dini qurumlarınıza pəşov etmək istəyirəm. Prezidentinizə, prezidentliyə namizədlərinizə tüpürüm!”

Ermənistanı cinayətkar rejim kimi tanıyan və buna görə erməni olduğundan utanan belə şəxslərin siyahısı böyükdür. Onlardan biri də Xocalı Soyqırımı ilə bağlı tarixi faktlardan danışan, həmin dəhşətli günün canlı şahidi olan əslən erməni yazıçı-jurnalist Daud Xeyriyandır.

O, erməni vəhşiliyini gözü ilə görən və bununla bağlı tarixi kitab yazan yazıçıdır. O yazdığı "Во имя Креста” (Xaç naminə) kitabında ermənilərin Xocalıda necə vəhşilik törətdiyindən yazıb. Ermənistanın bu işğalçılıq planından sonra erməni yazıçı erməni milliyətindən imtina edib və birdəfəlik Ermənistanı tərk edib.

Həmin yazını BURADAN oxuya bilərsiniz.

Göründüyü kimi Ermənistanın bu müharibədə haqsız olduğunu deyən ermənilər də heç də az deyil. Buna baxmayaraq Ermənistan bu gün belə işğalçılıq planlarının davam etdirməkdədir.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 11418