Ermənilərin işğalçılıq planının xəritəsi: Gəncə, Mingəçevir hədəfdə


16:11     14 İyun 2016 sarkisyan%2012.jpg


I hissəni BURADAN oxuya bilərsiniz.

Qarabağ problemi Rusiyanın istər tarixi, istər inzibati, istər siyasi və istərsə də hərbi baxımından yaratdığı qondarma bir əsərdir. Qafqazda Rusiyasız erməni problemi yoxdur. Birinci savaşın faktiki iştirakçısı olduğu bir problemə “Status-kvo” donu biçən V. Kazimirov indi bu problemi “həlli olmayan problem” adlandırır. Sən demə “ayının” min oyunu elə Qarabağın başındadır. Bu sahədə dünyanı ədalətsiz qərarlar qəbul etməyə zorlayan da Rusiyadır. Tərəflərdən kim onun əleyhinə çıxarsa, günahkar sayılacağını dəfələrlə bəyan edib. I in.am-a müsahibə verən palitoloq, avro Asiya idealoqu A. Duqen deyir:


“Problemlər var. Ona görə də Rusiyaya sülh sərf edir. Bunu bilmək lazımdır ki, əks təqdirdə münaqişədən maraqlıyıq. Dağlıq Qarabağda sülh həyatı anlamda gərəkdir. Bu saat Qarabağda sülh bizim milli eqaist marağımızdır.(28.04.2016)”
Yəni Rusiya istədiyində sülh, istədiyində müharibə etmək onun imperalist ərköyünlüyüdür. Artıq bunu anlayan ABŞ, “Akt STANDT” (“Anti işğal”) qanununu konqresdə qeydiyyatdan keçirib. Bu sərhəddə Krım, Dnesteryanı, Abxaziya və Osetiya kimi ərazilərin adı qeyd olunur. Qarabağın işğal ərazisi kimi bu sənədə saldırılmasına çalışmalıyıq.

Polşa dövləti rəsmən Rusiyanı prezident Kvasnevskinin ölümündə günahlandırır. Ukraynanın mənafelərini müdafiə edən Polşa Seyminin deputatı, məruzənin hazırlanmasında həm müəllif olan Malqojata Qasevska bildirib ki, Haqqa məhkəməsi Rf-nin Ukranyada törətdiyi hərbi cinayətləri araşdırır. O, məsələ ilə əlaqədar Beynəlxalq Cinayətlər Məhkəməsinin prokuror bürosunun nümayəndəsi ilə görüşdüyünü bildirib. Gürcüstanın da analoji addım atacağı gözlənilir.

Bizim Xocalı böyüklüyündə faktımız var. Gözləmə mövqeyi tutmamalıyıq. Hazırda Rusiyanın çökdürülmə planına onun bir sıra Beynəlxalq təşkilatlardan uzaqlaşdırılması və sanksiyaların genişləndirilməsi daxildir.


“Del Şpigel” (may 2016) nəşrinin yaydığı məlumata görə AFR Federal kansleri çıxışlarında deyib : “ G-8 formatlı danışıqlar artıq ölüb. Rusiya heç zaman aparıcı sənaye dövlətlərinin tədbirində iştirak etməyəcək.”

Rusiyanın Krımın özündə də işləri yaxşı getmir. İstər rusmeyilli əhali, istərsə də yerli krım tatarları bölgədə onları istəmir. İşğaldan sonra yarımadada sosial-iqtisadi vəziyyət kəskin pisləşib. Rusiayanın Krım tatarlarına qarşı represiv münasibəti vəziyyəti daha da gərginləşdirib. Ukraynalı jurnalist Sergey Rudenkonun yazdığı məqalədə deyilir.

“Krım tatarlarına qarşı mübarizənin nəyə gətirib çıxaracını Putin anlamır. Bölgədə 300 min nəfər tatar yaşayır. Bu da əhalinin 10 faizi deməkdir...Putin krım tatarları üçün həmişə işğalçı olaraq adı İyosiv Stalinlə birgə anılacaq.”

Başqa bir krım tatar hərbi birləşməsi olan “Əsgər” Xerson vilayətində yerləşib. Ukranya da bu işğal vaxtı ilə barışmayıb və bölgədə Rusiyanı yaxşı heçnə gözləmir. Rusiya vəziyətin gərginliyini nəzərə alaraq son zamanlar sərhədlərindən uzaq olan münaqişələrdən konsepsiyası hazırlayıb. Belə münaqişələr Dinesteryanın və Qarabağ münaqişələrdir. Dinestreyanın ilkin münasibətlərini elan etsə də Qarabağa referendiumla bağlı təklif planı var. Bu təkliflə bağlı Fransa və ABŞ-ında ilkin razılığı alınıb. Həmsədrlər bunu ən optimal variant kimi qəbul etsələr də, Azərbaycan bu variantı qəbul etməyəcək. Rusiya bu üsulla Azərbaycanı yenidən təcavüzkar kimi tanıtmağa çalışır.

Fransa xüsusi xidmət orqanları isə ölkədə baş verən partlayışlarda rus izini tapdıqlarını bəyan ediblər. Terroristlərdən iki nəfəri Rusiya vətəndaşıdır və Çeçenistan DİN-nin elit hissəsində xidmət edirlər. Qarnizon Kadrova bağlıdır.
Bütün bunların fonunda Rusiyanın dəstək verdiyi Ermənistanla da münasibətləri dəyişir.Artıq bununla bağlı mətbuatda da yazılar gedir.

Rusiyanın kommersant qəzeti (26.04.2016 sayında ) yazır:

“Hazırda Moskva ilə İrəvanın münasibətini quyruq bulayan köpəyə bənzəyir. Düşünmək lazımdır ki, SSRİ dövründəki kimi Moskva istədiyi respublikanın rəhbərliyinə nəzarət edə bilməz. Bu liderlərin hər birinin qırmızı xəttlə bağlı öz düşüncələri var. Necə hərəkət edəcəklərini özləri müəyyən edir.”
Bu sözləri nəşrin müxbirinə S.Sarkisyanın tövürləri ilə bağlı Rusiya sovetinin beynəlxalq məsələlər üzrə eksperti Sergey Markedonov deyib. O, Sarksiyanın vəziyyətini analiz edərək bunları söyləyib:

“ Bu vəziyyətdə danışıqlara getmək siyasi intihara bərabərdir. Sülh prosseslərinin başlaması üçün güclü motivlər lazımdır. O isə hələlik yoxdur”.

Osmanlı və Rusiya İmperiyalarının çöküşü ilə min illiklər boyu “Artemit məbədi” fahişəliyindən qeyri-tarixi naliyyəti olmayan bir xalq özlərinə aid olmayan ərazilərdə dövlət qurmaları onları iştahasını itləyib. İndi də Rusiyanın “çöküşü” xəbərini alar-almaz fəllaşırlar. Xatırlayırsınızsa SSRİ-nin çöküş öncəsi ermənilər 1985-ci ildən fəallaşmağa başladılar. Siyasi meydana anti-sovet ideyalar buraxdılar. Hətta hakimiyyətə kominist keçmişi olmayan Livan ermənisi L.T.Petrasyanı gətirdilər. Dünya düzəninə uyğunlaşaraq Sakarov kimi arvadı erməni olan dissedentləri vasitəsi ilə dünyaya demokratik imicli millət kimi təqdim olundular. Məqsəd çox sadə idi. “Motaldan əl çəkə bilməyən kommunistlərimizi misal göstərərək” demokratik fikirli ermənilərin kommunist Azərbaycanlılarla yaşayışının mümkünsüzlüyü fikrini dünyaya sırımaq..

Hətta erməni lobisinin əli ilə ABŞ kimi dövləti də aldadaraq “907-ci düzəliş” kimi bədnam bir qərar qəbul etdirdilər. Az sonra dünyanın demokrat kimi sevdiyi ermənilərin əlində rus silahları ilə və dünya demokratiyasının himayəsi ilə tarixdə misli görülməmiş hərbi cinayətlərə əl atdılar. Bizdə isə kommunist partiyasına yeni üzüvlər qəbul etdirilir. Hakimiyyət uğrunda kral mübarizəsi gedirdi. Nəticə göz önündədir. Bu gün yenə eyni ərəfədəyik. Ermənistan bu dəfə Rusiyadan zərərçəkmiş məzlum millət maskasıyla dünyanı aldatmağa hazırlaşır.

Bu prosseslərdən xəbər tutan Kavkaz plyus saytı (03.05.2016) “Ermənilər Rusiya ilə döyüşmək istəyir” başlıqlı yazı dərc edib. Məqalədə deyilir:

”2-5 aprel Qarabağdakı məğlubiyyətdən sonra ermənilər incikliklərini nəyinki Rusiyanın üzərinə tökürlər, onun əməkdaşlıq sazişinə uyğun Ermənistanı müdafiə etməməkdə günahlandırırlar. Hətta Rusiyanın ermənilərin düşməni olan Türk və azərbaycanlılarla eyni sıraya qoyurlar. Bu gün Ermənistanda bir fikir formalaşdırılıb ki, əgər Rusiya olmasaydı Azərbaycanı tarmar edər, Bakını da zəbt edərmişlər.”
Maraqlı burasıdır ki, anti Rusiya mövqeyi, hətta erməni lobisinin üzvü olan rus KİV-lərində işləyənlər də məşğul olur.

Hazırda erməni araşdırma mərkəzləri, KİV-lər gələcək planlarının arayışlarındadır. Xatırladım ki, hələ 1985-ci ildən erməni kilsəsinin hazırladığı Kür-Araz qovşanadək Azərbaycan torpaqlarının işğalı yenidən dövriyəyə buraxılıb. Bu plan nədən ibarətdir?

Hələ Sovetlər dövründə 1989-cu ilin avqust ayında “Krunq” təşkilatının separatçı rəhbərlərindən olan Vaqif Qalstyanı tutub, guya onu axtaran “hökümətin” DTK-sına təhvil verdik. Tutulan zaman xeyli sorğuya cavab ala bildim. O, hələ o zaman Kür-Araz qovuşanadək ərazilərin erməni işğalından danışdı və hətta Şahbulaq daş karxanası üçün erməni Ümumilli Hərəkatı fonduna 10 min manat, Papravənd daş karxanası üçün isə üç min manat pul ödədiyini dedi. Bu sözdən sonra onu vurdum və o, “bizə belə deyirlər”- dedi. Erməni kilsəsi bu plana 1920-ci ildən can atır. Zəngəzur, Göyçə, Dilcan dərəsinin Sovet hökümətinin köməyi ilə əldə etdilər. Şınıx dərəsinin məsələsində və Qarabağın dağlıq ərazilərində Azərbaycan rəhbərliyinə qarşı dura bildilər. Sonra isə ərazilərlə, hektarlarla almağa başladılar. Həmin sənədə görə müharibə variantı Qarbaçovun gəlişi ilə yeniləndi və iri miqyaslı işlərə start verildi. Hazırda da eyni problem, eyni plan qüvvədədir. Ermənilərin əksəriyyəti bu plandan xəbərdardır. Azərbaycan və Gürcüstan torpaqlarının işğalını nəzərdə tutan bu planı erməni kilsəsi himayə edir.

”Hetq”.am erməni (27-28 aprel) saytı bir jurnalistin Qarabağ probleminin həlli ilə bağlı təkliflərini qeyd edib. O, problemlərin tupikdən çıxması üçün variantlar təklif edib.

Müəllif variant kimi “ermənilərin sabitləşməsindən çox müharibəyə adaptasiya olunduğunu” yazır. 1994-1995 sazişinin möhkəmləndirilməsinin tərəfdarı olduğunu və Azərbaycanda günaşrı erməni ordusunun gücünü nümayiş etdirməyi təklif edərək yazır:

“Bu variantı seçmək Bakının təxribatlarına uyaraq onun diqtə etdiyi oyunu oynamaq deməkdir. Bu zaman Ermənistan öz ehtiyyatlarını rəqibin qarşısını alınmasına xərcləyəcək, Azərbaycan isə neft və qaz gəliriylə öz itirdiklərini bərpa edəcək. Bu cür qarşıdurmada erməni tərəfin nə indi, nə də gələcəkdə maliyyə resusları, nə də insan patensialı yoxdur. Bakı, həm də Türkiyənin edəcəyindən qorxaraq Rusiyanın intesiv şəkildə İrəvana hərbi texnika və sursat təminatında tərəddüdlər olacağını anlayır. İki gün öncə KTMT-nin baş katibi N.Bardyuja dəqiq açıqlama verdi.”


Müəllif üçüncü bir variant kimi mövcud erməni planının üzərinə gəlir. Savaşı Azərbaycanın iç ərazilərinə daşımaq üçün ildırım surətli müharibə və möhkəmlənərək silsiləli müdafiə xəttinin yaradılmasını təklif edir. Müəllif yazır:

“Hazırda bu savaşa AB-nin, ABŞ-ın və Rusiyanın da marağı var. Onların işə qarışması ilə uzun, qanlı və ehtiyyatlarımızı tükədən bir müharibədən qaça bilərik. Ermənistanın hərbi-siyasi rəhbərləri bu məsuliyyəti öz üzərlərinə götürəcəyini söyləmək çətindir.”
Lakin müəllif aldıqları son dərsi yada salaraq tərəddüdlə deyir:
“Ermənistan Qarabağ məsələsində uzun müddət bu tipikdə qala bilməz. O təcili qərarlar qəbul etməlidir...Digər tərəfdən imkan vermək olmaz ki, Azərbaycan qərar qəbul etsin.”
Göründüyü kimi Azərbaycan ordusunun son həmləsindən müvazinətini itirmiş erməni cəmiyyəti hələ də “Kür-Araz arası ərazilər” sevdasıilə yaşayır.
Onların 1994-cü ildə yaz hücumunu Qapanlı istiqamətində S.Həmidov pozdu. Ermənistanın psevdo “qəhrəmanları” körpə qatilləri yaranmaqda olan bir orduya qarşı deyil, Qafqazın ən güclü ordusuna döyüşəcəklərinin artıq fərqinə varmalıdırlar. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı onlar üçün qırmızı xətti bəyan edib. “Ölmək istəmirlərsə, bizim torpaqlarımızdan rədd olub getsinlər”.
İndi isə 2007-ci ilin iyulunda “Ararat anter for strategic researsh” tərəfindən yayımlanmış və adını çəkdiyim erməni işğal planına əsaslanan bir hesabatdan bəzi məlumatları nəzərdən keçirək:
“Ermənistanın müdafiə strategiyası ilə düşməni darmadağın edib qalib gəlmək gücü yoxdur. Belə olduğu halda rəqib təcavüzü dayandırıb keçmiş sərhədləri saxlaya bilər. Müharibə Bakının iradəsiylə bitər. Azərbaycan üçün təcavüzə görə maksimal cəza (o da olmaya bilər) Avropa Şurasında üzvlüyü donndurula bilər. Bu da formal xarakter daşıyar. Türkiyənin və bir sıra başqa ölkələrin (Pakistan, İsrail, Ukrayna, Moldova, Gürcüstan) səyiylə və onun neft ixracatçısı olması onun tam təcridinə imkan verməyəcək.”
Hesabat müəllifi hər iki ölkənin patensialının müqayisəsini apararaq yazır:
“Müharibənin uzanması baxımından Ermənistanın praktik olaraq qalib gəlmək şansı yoxdur”.

Bütün variantları araşdıraraq müəllifin adını çəkdiyim planın üzərində dayanır.

“Yuxarıda bildirdiyimizə görə rəqib əsas qüvvələrini Qarabağ cəbhəsinə yönəldəcək və müdafiə xəttini yarmağa çalışacaq. Əgər nəzərə alsaq ki, bir korpus Naxçıvanın müdafiəsi üçün orada və bir korpus Bakıda qalacaq, o zaman “Şərqi Ermənistanın 220km-lik sərhədləri boyunca onun elə requlyar ordusu qalmayacaq. Bu da Ermənistan ordusuna şimal-şərq istiqamətindən Gəncə üzərinə geniş miqyaslı hücuma şərait yaradır. Şəmkir və Bərdə korpuslarının əlaqələri 2 kommunikasiya xəttindən aslıdır: Kürdən Yevlax və Mingəçevir ərazisi ilə keçərək və birdə Şəmkir, Yevlax-Ağcabədi-Beyləqan yolları.
Eyni zamanda bu xəttlərin əsas mərkəzi “Qarabağ müdafiə ordusu” nun ön mövqeyi sayılan Talış kəndi rayonunun 45 km-də yerləşir. Digər erməni mövqeyi olan Baş Qərvənd kəndi ilə Kür çayı ilə Bərdənin şərqindəki hissəsinə 40 km-lik bir məsafə var. Məlum olduğu kimi Kürün Mingəçevir gölündən aşağı hissədə eni 200-300m, dərinliyi isə 4-5, 5 metrdir. Bu yaxşı sədd sayıla bilər.
Bərdə ərazisində Kür çayı hövzəsinə çıxmaqla rəqibin qüvvələrini pərən-pərən salmaqla və Kür çayı vasitəsi ilə iki yerə bölmək olar. Erməni ordusunun Yevlax və Mingəçevirə hücumu Azərbaycanın şimal qərbini qalan hissədən ayrı salacaq (Hücum planı bu xəritədəki kimidir)





Azərbaycan hücum edərsə ehtiyyat qüvvəllərinin çağrışını başa çatdıranadək 2-3 gün müdafiə olunmalıyıq. Bu günlər ərzində Ermənistan HHQ Sabirabad istiqamətində Suqovuşan adlanan ərazilərdə kommunikasiyaları, körpüləri bombardman etməlidir. Ermənistan ordusu isə şimal şərq cəbhəsində müdafiə istehkamlarını məhv etməlidir. Sonra iki istiqamətdə Şəmkir-Gəncə və Gədəbəy –Gəncə istiqamətdə qarşı duran qüvvələri dağıdaraq Gəncəyə çıxmalı və hücum edən sağ cinahla birgə hərəkət etməlidir. Əgər Gəncədə mühasirəyə düşmüş hərbi qüvvələr müqavimət göstərsələr hücumdan çəkinərək şəhəri mühasirədə saxlamaq gərəkdir.”

Birinci Qarabağ eyforiyasına qapılmış ermənilər qarşı tərəfin gücünü yeni yaranmaqda olan ordumuzun gücü ilə hesablayıblar. Sənəddə şəxsi heyət, texnika, hərbi birləşmələr, hərbi rayonlar və.s analiz edilib. Birinci Qarabağ savaşında iştirakçı olan hər bir döyüşçü ermənilərin rabitə əlaqəsinə girərək, Kür çayından o tərəfə keçin kimi çağrışları dəfələrlə eşidiblər. Ermənilər yenidən bu plana uyğun total hücum planı üzərində baş sındırırlar. Məqsəd ABŞ-ın qucağına atılarkən “əli boş” getməməkdir. Yəni bu dəfə ermənini siğə edəcək kavboylar daha 20 il ərazimizin talan edilməsini təşkil etməlidirlər.

Azərbaycan Qarabağ probleminin həllini diqtə etməyə potensial gücü olan bir ölkədir. Ermənistanda bunu dərk etməyə başlayıblar. Lakin geriyə qayıtmaq körpülərini yandırdıqlarına görə çıxılmaz vəziyyətdədirlər.

Rusiyanın zorla “qalib erməni” obrazı çox iyrənc görünür və artıq dünyanın gülüş obyektinə çevrilib. Biz bu problemin həlli yollarını arayıb ən optimal yola varmalıyıq. Xalq düşmənin düşüncələrini alt-üst edərək hər an savaşa hazır olduğunu nümayiş etdirdi. Düşmən əməliyyat şokundan, sonra bu şoku yaşamaqdadır. Qarabağ problemi uydurma və Rusiyanın tərtib etdiyi bir problemdir. Qarabağ probleminin həll yolu bütün variyantlarda savaşdır.Yalnız bircə variant sülhlə bitə bilər.

I variant Azərbaycanın hərbi potensialı və resusları ermənilərin ən çox qorxduqları “sürünən müharibə”yə əl atmasına səbəb olar. Bunu adicə atəşkəs pozuntusu kimi 2-3 il davam etdirməklə düşməni ordusuz qoya bilərik, proses danışıqlara heç bir təsir göstərməz.

II variant ermənilərin gözlədiyi Blits-kriktaktikasıyla geniş miqyaslı hücum planının həyata keçirilməsi. Bu zaman Ermənistan, Naxçıvan və Şəmkir istiqamətində hücum edəcəyi şəksizdir. Üstəlik qərb bu savaşı istəmir. Ədalətcəsinə bizi öz torpağımızda təcavüz edən tərəf adlandırılır. Bu əməliyyat üçün vaxt yetişməyib.

III variant. Döyüş əməliyyatlarının dağlara “daşınması”. Buna yeni bir 5-7 günlük hərbi əməliyyatlar lazımdı. Döyüşçülərin dağlara aparılması üçün Ağdərə Ulubab, Sığnaq, Seyidlər aşrımı, Ağdam-Şahbulaq, Fərrux yüksəklikləri, Kəlbəcər istiqamətində tunel ətrafı Çərəkdar-Ağqaya kəndləri arasında Taplar və Başıaçıq dağı, tunelin əks tərəfində Bulan və Çiçəkli dağlarının reydçi- kəşfiyyat qrupları ilə azad edə bilərik. Döyüşçülərin dağlara daşınmasının bir özəlliyi var ki, Rusiya mövcud olduğu dövürdə dağ döyüşlərini əxz edə bilmədi.
Şeyx Şamil hərəkatı və Əfqanıstan müharibəsi dediyimizi sübut edir. Qarabağda işğal olunan Şuşa, Laçın, Kəlbəcər rayonları eyni təxribat üsulu ilə boşaldıldı. Əks bölgələrdən birinin hərbi-müdafkiə planını və yaxud yaradılmış bircə istehkam planını ortaya qoysun.

IV variant.Yeganə sülh variantı BMT Qaçqınlar Komisarlığının da təsdiqlədiyi kimi Yuxarı Qarabağda əhalinin zorla saxlanmasını bəyan edib. Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə hazırda işğal ərazilərində 48 min nəfərdən az əhali yaşamaqdadır. Azərbaycan tərəfi humanistcə yanaşaraq pasport rejiminə uyğun olaraq əmlaklarına konpensasiya verə və onları istədikləri üçüncü bir ölkəyə yola sala bilər. Məsələnin tək və yeganə yolu budur. Çünki ermənilər ölkəmizdə bizsiz yaşamaq iddiasındadırlar. Bu isə savaş deməkdir. Dünya birliyi bu sülh variantını nəzərdən keçirməlidir.


Ermənilər “Böyük Ermənistan” kimi bir xülyanın əsirləridir. Xəstə və məzlum millətin bu ideyasını qarşıya qoyub ən savadsız adam belə düşünsə bu faktları mütləq görər. Görməsə o demək “erməni xəstəliyinə” yoluxub. Ermənistan bu ideya ilə Türkiyə, İran, İraq, Suriya, Gürcüstan, Rusiya və Ukrayna kimi ölkələrlə ərazi iddialarını ortaya qoyur. Bu ölkələri tutmaq üçün NATO, Rusiya və Çinin bircə gücü və 30 illik müharibə aparmaq gərəkdir. Bu əraziləri doldurmaq üçünsə ermənilərə ən azı 180 milyon nəfərlik erməni əhalisi olmalıdır.Ermənilərin xəstə olduğunu anlayıram, bəs görəsən ona dəstək verənlərin sağalmlıqları yerindədirmi?


Bu gün Azərbaycan xalqı nə yolla olursa olsun, öz torpağını azad etmək üçün köklənib.Bu gün ölkədə hər gün Qarabağ, hər yer Qarabağ, hər kəs Qarabağdır.Bunu kimsə dana bilməz.


Xaqani Ədəboğlu Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri
Femida.az

Açar sözlər:

Oxunub: 69544