Marsda planetin tarixini dəyişəcək yeni kəşf
01:56 16 İyun 2016
ABŞ-ın Milli Aviasiya və Kosmik İdarəsi Marsda ancaq yüksək temperaturda əldə edilən və dünyada çox az rast gəlinən maddə tapıb.
Femida.az xəbər verir ki, "tridymite" adı verilən maddəni NASA-nın kəşfiyyatçı robotu aşkarlayıb.
Alimlər əvvəllər Marsda temepraturun bu qədər yüksək səviyyəyə çata biləcəyinə inanmadıqlarını bildiriblər. Tapılan bu maddə isə planetdə əvvəllər baş vermiş vulkanın qalığı kimi dəyərləndirlir.
NASA alimləri bildirir ki, bu Marsda tapa biləcəkləri təxmin edilən ən sonuncu maddədir. Alimlər hesab edir ki, bu maddə planetinin tarixinin yenidən yazılması qədər önəmli bir tapıntıdır.
Oxunub: 4042