Turizm cənnəti yanır - FOTO


15:16     18 İyun 2016 yangin16.jpg

Türkiyənin turizm cənnətlərindən hesab edilən Antalyada güclü yanğın başlayıb. Alov Kəmər rayonundakı Göynük Məhəlləsində yerləşən meşə massivini cənginə alıb.


Femida.az xəbər verir ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Məlumata görə, yanğın səhər 07 radələrində başlayıb. Lakin küləyin də təsirindən qısa müddətdə daha geniş əraziyə yayılıb.

Bölgəyə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub, yanğına qurudan və havadan müdaxilə edilir.

Açar sözlər:

Oxunub: 1379