“Aprel döyüşləri tarixi qələbə idi” - Prezident


18:20     25 İyun 2016 1421394197_prezident.jpg

“26 iyun Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm, uğurlar arzulayıram”.


Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşündə deyib. O bildirib ki, bina qısa müddətə inşa olunub və burada hər cür şərait yaradılıb: “İndiyədək 900-dək hərbi qulluqçu mənzillə təmin edilib. Azərbaycan ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur. Hərbi xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə, hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycanda yaradılan hərbi-sənaye kompleksi də müasir səviyyədədir”.

Dövlət başçısı qeyd edib ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir: “Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi”.

Femida.az

Açar sözlər:

Oxunub: 3405