Beş min girov azad edildi
20:03 26 İyun 2016
Nigeriya silahlı qüvvələri ölkənin şimal-şərqində beş min nəfəri girovluqdan azad edib.
Bu barədə ordunun Tvitter sosial şəbəkəsində rəsmi səhifəsində yerləşdirilmiş bəyanatında bildirilib.
"Nigeriya silahlı qüvvələri Borno ştatının bir neçə kəndində terrorçuları sıxışdırıb. Əməliyyat zamanı altı nəfər öldürülüb, beş min nəfər girovluqdan azad edilib" - deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, "Boko Haram" radikal islamçı qruplaşması Nigeriyada tez-tez terror aktları həyata keçirir.
Eyni zamanda Çad və Kamerunda da keçirilən terror aktlarının arxasında bu qruplaşma dayanır. (Report)
Oxunub: 1827
Oxşar xəbərlər
- Beş mikrorayonunda su olmayacaq
- Beşmərtəbəli yaşayış binasında yanğın olub
- Beş ölkənin kralı İlham Əliyevə məktub göndərib
- Beş azyaşlı dərmandan zəhərləndi - Bir gündə
- Beşmərtəbədə hərəkət məhdudlaşdırılıb - VİDEO
- Beşmərtəbəli binada yanğın
- Beş gün tətil olacaq
- Beş ay əvvəl baş vermiş qətlin üstü açıldı
- Beş futbolçu ömürlük həbs ediləcək
- Beşmərtəbəli binada yanğın - Mingəçevirdə