Rusiya millisi baş məşqçisiz qaldı


21:30     26 İyun 2016 Rusiya%20millisi.jpg

Moskvanın ÇSKA futbol klubunun baş məşqçisi Leonid Slutski Rusiya yığmasını tərk edərək diqqətini klub işinə ayırmaq qərarına gəlib.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Futbol İttifaqının prezidenti, idman naziri Vitali Mutko deyib.

L. Slutski ilə görüşərək Avropa çempionatında komandanın nəticələrini müzakirə etdiklərini deyən V. Mutko qeyd edib ki, istənilən nəticəyə nail olunmadı: “O, təcrübəli mütəxəssisdir. Gördüyü işə görə ona təşəkkür etdim. Ümid edirəm ki, Slutskinin rəhbərliyi altında komanda üzvləri yaxşı təcrübə qazandılar”.

Xatırladaq ki, Rusiya millisi Fransada keçirilən Avropa çempionatında üç oyunda cəmi 1 xal toplayaraq qrup sonuncusu oldu. L. Slutski ÇSKA ilə 2009-cu ildə müqavilə bağlayıb. 2015-ci ildən isə, eyni zamanda Rusiya yığmasını çalışdarmağa başlayıb.

Açar sözlər:

Oxunub: 1293