Aİ Brexit üzrə işçi qrupu yaradıb


21:39     26 İyun 2016 kameron4.jpg

Avropa İttifaqının (Aİ) rəhbərliyi belçikalı Didye Seusu Böyük Britaniyanın Aİ-dən çıxması haqqında danışıqlar üzrə xüsusi işçi qrupunun rəhbəri təyin edib.


Femida.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, D. Seus uzun müddət Avropa Şurasının sabiq rəhbəri Herman van Rompeyin köməkçisi olub.
Avropa Şurasının rəhbərinin nümayəndəsi Preben Aaman bütün danışıqları aparacaq xüsusi qrupun yaradıldığını təsdiq edib.

Avropa Şurasının sədri Donald Tusk iyunun 29-da Brexit-i müzakirə etmək üçün 27 Avropa ölkəsinin liderlərinin sammitini çağıracaq. Sammitdə Böyük Britaniyanın Baş naziri Devid Kemeron iştirak etməyəcək.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1369