Suriya müxalifəti Lavrovla görüşəcək


22:07     26 İyun 2016 cs%20Foreign%20Minister%20Sergei%20Lavrov%20gestures%20during%20a%20news%20conference%20after%20a%20meet.JPG

“Suriyanın sabahı” mötədil liberal müxalif blokunun lideri Əhməd Carba iyunun 27-də Moskvaya səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır.


Femida.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Suriyanın sabahı”nın nümayəndəsi Münzir Akbik deyib.

Onun sözlərinə görə, danışıqlarda Vyana və Cenevrədə qəbul edilən qərarların reallaşdırılması müzakirə ediləcək: “Bütün blokadaya alınmış rayonlara humanitar yardım karvanının girişi məsələsi, eləcə də siyasi keçid proseslərinin müzakirə edilməsi planlaşdırılır”.

Qeyd edək ki, “Suryanın sabahı” mötədil liberal müxalifət bloku ay yarım əvvəl Suriyada mötədil müxalif demokratik qüvvələrin birləşməsi üçün yaradılıb.

Açar sözlər:

Oxunub: 1652