Britaniyanın yeni Baş naziri qadın ola bilər


22:12     26 İyun 2016 tererza%20mey.jpg

Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey ölkənin Baş naziri vəzifəsinə namizədlərdən biri ola bilər.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın “The Guardian” qəzeti hakim Mühafizəkarla Partiyasının deputatlarına istinadən yazıb.

Qəzet yazır ki, T. Mey Londonun sabiq meri Boris Consona ciddi rəqib ola bilər: “Tereza Mey mühafizəkar deputatlar arasında “Borisi dayandır” kampaniyasında ən populyar namizəd olmağa başlayır. Həmin deputatalar istəyirlər ki, yeni Baş nazir Britaniya Avropa İttifaqından çıxmasının lehinə səs verdikdən sonra partiyanı birləşdirsin”.

Qeyd edək ki, Mühafizəkarlar Partiyası istefaya gedən Baş nazir Devid Kemeronun əvəzinə yeni partiya lideri tapmalıdır.

Açar sözlər:

Oxunub: 1525


Oxşar xəbərlər