Saatlıda iki avtomobil toqquşdu


00:49     27 İyun 2016 1384969483_smayll-qeza-goruntu.mpg_0000032402.jpg

Bu gün günorta saatlarında Saatlının Qaracalar kəndi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


“Report”un məlumatına görə, hadisə 24 yaşlı Füzuli rayon sakini Həsən Oruc oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin İmişlinin Çaxırlı kənd sakini, 32 yaşlı Ramin Şükür oğlu Abbasovun idarə etdiyi “Mercedes”lə toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan hər iki sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra onlar Cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1655