Bakıda yanacaqdoldurma məntəqəsində qəza - Video
02:57 27 İyun 2016
Bakıda yanacaq doldurma məntəqəsində qorxulu anlar yaşanıb.
Femida.az-ın Musavat.com-a istinadən məlumatına görə, Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən “RM petrol” maye-qaz doldurma məntəqəsində saat 18 radələrində qəza baş verib.
Qaz doldurularkən boru partlayıb. 20-30 dəqiqə ərzində hadisəyə müdaxilə edən olmayıb. Yüksək təzyiqlə ətrafa yayılan qaz panikaya səbəb olub.
Qəza baş verərkən “RM petrol”un ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Ətrafda olan ticarət obyektləri fəaliyyətini davam etdirib, xeyli sayda insan hadisəni izləmək üçün oraya toplaşıb. Hadisə şahidlərinin dediyinə görə, baş verən qəzanı izləyənlər arasında siqaret çəkən şəxslər də olub. Onlara xəbərdarlıq edildiyindən, hadisə yerindən uzaqlaşdırıldığından baş verə biləcək faciənin qarşısı alınıb.
Oxunub: 1592
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik