27 yaşlı oğlan dənizdə batıb


03:20     27 İyun 2016 kanalda%20batdi%208.jpeg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:05-də başa çatıb.

Açar sözlər:

Oxunub: 1719