Azərbaycanlılar ermənini ölümdən xilas edib


13:34     27 İyun 2016 Lenin_st.,_Surgut,_Russia_02.jpg

Rusiyanın Surqut şəhərində keçirilən milli mədəniyyət festivalında Ermənistan təmsilçisinin vəziyyəti qəfildən pisləşib.


"Ararat" mili-mədəni mərkəzinin sədri Armenak Simonyan bildirib ki, ilk olaraq ona Azərbaycan nümayəndələri yardım edib.

"Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu bizim xalqlarımız arasındakı dostluğun bariz nümunəsi deyil? Bu onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq, qardaşlıq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin bu cür də davam edək", - deyə A. Simonyan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 7656