Bakıda iki maşın yanıb


13:39     27 İyun 2016 2015-05-18-08-49-00masin-yandi-64027.jpg

Bakının Xətai rayonunda vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və qabaq təkərləri yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda isə vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1083