Diasporumuzdan Türkiyəyə dəstək - FOTOLAR


19:48     30 İyun 2016 1-turkiye.jpg

Türkiyənin Atatürk Hava Limanında baş vermiş ağır terror hadisəsi ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin (BDM) rəhbərliyi bu gün Türkiyə Səfirliyini ziyarət edib.


Femida.az xəbər verir ki, ilk öncə səfirliyin önünə gül dəstələri qoyularaq terror qurbanlarının xatirəsi yad edilib. Daha sonra BDM sədri İsmayıl Ağayev və sədrin birinci müavini Samir Adıgözəlli səfirlikdə açılmış baş sağlığı dəftərini imzalayıblar:

“Qardaş Türkiyədə baş vermiş terror faciəsi bu günə qədər dünyada olan ən dəhşətli terror hadisələrindən biridir. Təkcə Türkiyə deyil, bütün bəşəriyyət və insanlığa qarşı yönəlmiş ağır cinayətdir. Azərbaycan bir daha bütün toplumu ilə birlikdə qardaş Türkiyənin yanında olduğunu, terroru lənətlədiyini və hər cür dəstəyə hazır olduğunu bildirmişdir. Baş vermiş faciə bütün azərbaycanlıları dərindən sarsıtmışdır. Terror nəticədində həlak olanlara Allahdan rəhmət, yaralılara isə acil şəfalar diləyirik. Tanrı Türkiyəmizin yardımçısı olsun, Türk dünyasının başı sağolsun”.

Açar sözlər:

Oxunub: 2907


Oxşar xəbərlər