Evlənənlər üçün yeni qaydalar


00:57     10 İyul 2016 nikah%20m.jpg

Ukraynada bu ilin payızından nikahlar yeni, sadələşdirilmiş qaydalar üzrə olacaq.


Bunu ölkənin ədliyyə naziri Pavel Petronko deyib.

"Ədliyyə Nazirliyində nikahların, doğuşların və ölümlərin qeydə alınması funksiyası qalır. Mən bu funksiyaları yerli hakimiyyət orqanlarına və notariuslar verməyə planlaşdırıram", - nazir vurğulayıb.

Onun sözlərinə görə, ilk pilot layihə payızda bəzi şəhərlərdə tətbiq ediləcək: "Biz bəzi yaşayış məntəqələrində adamların bir gündə evlənməsinin mümkün olması ilə bağlı pilot layihəni sınaqdan keçirəcəyik. Hətta nikahı bir saata bağlamaq mümkün olacaq, ancaq bu, baha başa gələcək".

O, əlavə edib ki, işləyəcək məntəqələrdə bütün sutka ərzində, hətta əlavə bürokratik prosedurlardan keçmədən evlənmək də mümkün olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 3690


Oxşar xəbərlər