Dünyanın ən yaşlı qadını vəfat edib


13:49     14 İyul 2016 54ca67bb756e7b0732b7767848d2ec8d.jpg

Vyetnamın Hoşimin şəhərində dünyanın ən yaşlı qadını Nquen Thi Çu dünyasını dəyişib.


TASS agentliyinin yaydığı məlumata görə, 123 yaşlı qadın 2015-ci ildən planetin ən yaşlı qadını hesab edilirdi.

1893-ci il təvəllüdlü Nquen Thi Çu 11 övlad dünyaya gətirib. Hazırda onlardan 2-si sağdır. Nəvə, nəticə və kötükcələrinin sayı isə 100-ü ötüb. Bildirilir ki, Nquen Thi Çu son günlərinədək özünü gümrah hiss edib, yaşına xas olan xəstəliklərdən əziyyət çəkməyib, həkimlərə müraciət etməyib. Onun hansı səbəbdən öldüyü barədə məlumat verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 3561