Bu il 41 vəzifəli şəxs axtarışa verilib - Hesabat


16:04     15 İyul 2016 korrupsiya3.jpg

Bu il Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib.


Femida.az xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib.

Bu il axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2496