`Tək dostumuz Azərbaycandır` - Türkiyə səfiri


21:00     21 İyul 2016 trend_ismail_alper_coshkun_281015_03.jpg

“Hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır”.


Femida.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir bildirib ki, hüquq çərçivəsində ölkə daxilində bu təşkilata qarşı mübarizə davam edəcək: “Lakin ölkə xaricində də təşkilatlanmağa və yayılmağa çalışırlar. Ona görə də bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla hər mövzunu açıqlıqla danışır. Biz bu təcrübəmizi Azərbaycanla uyğun kanallarla paylaşmağa davam edirik”.

Femida.az

Açar sözlər:

Oxunub: 13405


Oxşar xəbərlər