Türkiyədə iki mindən artıq müəssisə bağlandı – SON DƏQİQƏ


15:25     23 İyul 2016 0,,19404407_303,00.jpg

Türkiyədə elan olunan fövqəladə vəziyyət çərçivəsində ölkədə 1043 özəl təhsil qurumu, 1229 fond və dərnək, 19 həmkarlar ittifaqı, federasiya və konfederasiya bağlanıb.

Fövqəladə vəziyyət çərçivəsində şübhəlilərin saxlanılma müddəti bir ayadək artırılıb. Alınan qərara görə, işdən çıxarılan məmurlar bir də həmin sahədə çalışa bilməyəcək.

Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə Fətullahçı terror təşkilatının (FETÖ) üzvləri tərəfindən dövlət çevrilişinə cəhdlə əlaqədar parlament Nazirlər Kabinetinin qəbul etdiyi fövqəladə vəziyyət haqqında qərarı təsdiqləyib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2530