Ermənilər çaylarımızı yenə çirkləndirir


18:05     23 İyul 2016 caylar2.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinq keçirib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, iyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 24 m3/san azalaraq 229 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.4, Ağstafaçayda 3.2, Ağstafaçay su anbarında isə 3,1 dəfə yol verilən qatılıq həddini keçib.

Monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 2.8, I Şahsevəndə 2.7, Bəhramtəpədə isə 2.5 dəfə yol verilən qatılıq həddini keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.31-7.08 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Açar sözlər:

Oxunub: 1096