Ukrayna: “Rusiya sərhədimizdə ordu toplayır”


20:55     23 İyul 2016 rusiya%20ukrayna.jpg

Rusiya Donbasa əlavə hərbi texnika yeritməkdə davam edir.

Femida.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Dövlət Sərhəd Xidmətinin sədrinin köməkçisi Oleq Slobodyan söyləyib.

Onun sözlərinə görə, Rusiya həmçinin Ukrayna ilə sərhəddə yerləşən Rostova da əlavə ordu yeridir.

Qeyd edək ki, bundan öncə Ukrayna hərbi kəşfiyyatı da ölkənin şərq ərazilərinə çoxlu sayda hərbi texnikanın gətirildiyi haqda informasiya yayıb.

Açar sözlər:

Oxunub: 1216