Əfqanıstandakı partlayışda 61 nəfər ölüb


22:42     23 İyul 2016 a4766bc01188de98eae649df37c905e0.Jpeg

Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı partlayış törədilib.


Femida.az-ın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 61 adam ölüb, 207 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən şiə məzhəbinə mənsub etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1141