Bakıda oğurluq edən 3 iranlı tutuldu


22:56     23 İyul 2016 blank.jpg

Azərbaycanda turizm şirkətindən oğurluq edən 3 İran vətəndaşı tutulub.


Femida.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh tutulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1533