Tovuzda ev yandı - Sahibinin cəsədi asılmış vəziyyətdə tapıldı


00:36     24 İyul 2016 ev%20yangini.jpg

Tovuzda iki evdə yanğın olub.


Hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanan evlərdən biri Vidadi Allahverdiyevə məxsus olub. Hadisə yerinə gələn 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsinin səyi nəticəsində alov söndürülüb.

Qeyd edək ki, yanğın baş vermiş evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.

Başqa bir yanğın hadisəsi isə Tovuz rayonunda yerləşən Dövlət Yol Polisinin 10 saylı rayonlar arası qeydiyyat imtahan şöbəsinin rəisi Xəqani Əsgərovun mənzilində baş verib. Ora 2 yanğın söndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1958