Diaspor lideri Məmmədovun sürücüsünü güllələyib
02:53 24 İyul 2016
Moskvada “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı biznesmen Qeys Məmmədovun sürücüsünün qətli işi üzrə sensasion detallar üzə çıxıb.
Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, Məmmədovun sürücüsünü öldürüb yataq kisəsinə qoyan və Moskva çayına tullayanlar Rusiya paytaxtındakı osetin icmasının lideri, habelə onun Moskva Beynəlxalq Münasibətlər İnstitutunda oxuyan oğullarıdır. Üstəlik məlum olub ki, icma lideri sürücünü şəxsən güllələyib.
Bu səs-küylü cinayət hadisəsi bir neçə gün əvvəl baş verib. İyulun 9-da Moskva çayında yataq dəstinə bükülmüş cəsəd aşkarlanıb. Hüquq-mühafizə orqanları daha sonra müəyyən ediblər ki, öldürülən şəxs “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibinin sürücüsüdür.
İstintaq tədbirləri nəticəsində müəyyən olunub ki, bu qətli törədənlər Moskvadakı osetin icmasının lideri Valeri Kabolov və onun 24 yaşlı oğlu İnaldır. Əvvvəlcə belə versiya irəli sürülüb ki, onlar Qeys Məmmədovun sürücüsünün qətli üçün killer tutublar. Daha sonr KİV-lər yazıblar ki, sürücünü Kabolovun 20 yaşlı digər oğlu Vladimir güllələyib. Qətlin səbəbi biznesin və Moskvada daşınmaz əmlakın bölüşdürülməsi uğrunda osetinlər və azərbaycanlılar arasında gedən münaqişədir.
Lakin bu gün life.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, restoranlar kralı Məmmədovun sürücüsünü şəxsən Valeri Kabolov güllələyib. Kabolov qətli törətdikdən sonra oğlanlarına əmr edib ki, cəsədi aparıb atsınlar.
Anzor A. Adlı sürücü Məmmədovun yaxın dostu olub və onun biznesinin idarə edilməsində mühüm rola malik idi. Bildirilir ki, Kabolov onu Kutuzovsk prospektindəki mənzilə söhbət adı altında çağırıb və orada qətlə yetirib. Bundan sonra Kabolov MQİMO-da oxuyan oğlanlarına əmr edib ki, cəsədi atsınlar. Cəsədin ayağına qantel bağlayıblar və çaya atıblar. Bu səs-küylü qətl üzrə istintaq davam edir.
“Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi Məmmədov Qeys Xalid oğlu Gürcüstan əsillidir, Rusiyada tanınmış iri biznesmendir. Onun Rusiyanın bir çox şəhələrində eyni adda restoranları var.
Femida.az
Oxunub: 1433
Oxşar xəbərlər
- Diaspor rəhbərinin oğlu faciəvi şəkildə öldü
- Diaspor Komitəsi ÜAK-ın ləğvinə etiraz etdi
- Diaspor fəalına vəzifə verildi
- Diaspor nümayəndəmiz Rusiya patriarxına məktub göndərib - FOTO
- Diaspor nümayəndələrimiz Moskvadakı paradda - Fotolar
- Diaspor təşkilatı referendumla bağlı maarifləndirməyə başlayır
- Diaspor nümayəndələrimiz Putinə müraciət edib
- Diasporumuzdan Türkiyəyə dəstək - FOTOLAR
- Diaspor nümayəndələrimiz Türkiyə səfirliyi qarşısında - Fotolar
- Diasporumuz bu qıza vəzifə verdi - FOTOLAR