Generalları toyda qaçıran qiyamçı tutuldu


03:43     24 İyul 2016 okan%20kocayurt.jpg

Türkiyədə uğursuz hərbi çevriliş cəhdi zamanı Moda Dəniz Klubunda toyda olan Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Abidin Ünal və daha 8 generalı qaçıran qrupun rəhbəri kapitan rütbəli Okan Kocayurd tutulub.


Femida.az xəbər verir ki, Antalayanın Alanya mahalında ələ keçən Kocayurdun üzərindən 4 mobil telefon, qızıl və xeyli miqdarda pul götürülüb.

Məlumata görə, çevrilişin uğursuz olduğunu görüb Antalyaya qaçan kapitan burada diqqət çəkməmək üçün turist görkəmində istirahət edib.

Qeyd edək ki, 36 yaşlı qiyamçı məhkəmə araşdırmalarından sonra həbs ediləcək.

Xatırladaq ki, 15 iyul gecəsi toyda olan 9 general bir qrup qiyamçı tərəfindən helikopter vasitəsilə qaçırılmışdı.

Açar sözlər:

Oxunub: 1559