Türkiyə yenə qana boyandı: 50 ölü - YENİLƏNİB


16:24     21 Avqust 2016 turkiye-de-son-5-yilda-240-kisi-teror-8055460_x_7769_o.jpg

Türkiyənin Qaziantep şəhərində törədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.


Femida.az-ın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Qaziantep Valiliyi açıqlayıb.

***

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 11088