Qaçırılan 17 yaşlı qızın əmisi: “Oğlan manyakdır”


17:04     22 Avqust 2016 evli%20kisi%20qiz%20qacirdi.jpg


Artıq iki gündür, ölkə mətbuatının ən səs-küylü hadisəsi Cəlilabad rayonunun Boyxanlı kəndində 17 yaşlı qızın qaçırılmasıdır. Kənd sakini Dadaşova Sahibə Eldar qızının evli kişi Quliyev Zaur tərəfindən qaçırılması geniş müzakirəyə səbəb olub.


Polis hər iki şəxsi saxlayıb və onlar polis bölməsinə gətirilib. Qızın valideynlərinin sözlərinə görə, övladları artıq 17 saatdan çoxdur ki, Cəlilabad rayonu polis idarəsində saxlanılır. Valideynlərin iddialarına görə, onlar qızları ilə görüşə bilmirlər. Onlar görüşə icazə verilməməsi qanuna zidd hal hesab edirlər.





Femida.az məsələnin hüquqi tərəflərini araşdırıb. Vəkil Adəm Məmmədovun saytımıza bildirdiyinə görə, 17 yaşlı qız özü müstəqil qərar vermək hüququna malikdir. Burada valideynlərin mövqeyi nəzərə alınmaya da bilər.

“Əgər qızın yaşı on altıdan aşağı deyilsə, o istədiyi şəxslə münasibət qura və cinsi əlaqədə ola bilər. Qanun yalnız 16 yaş və ondan aşağı olan şəxslə cinsi əlaqədə olmağı qadağan edir. Bildiyimə görə, sizin qeyd etdiyiniz məsələdə qızın artıq 17 yaşı var. Əgər o, həmin kişiylə öz iradəsi ilə qoşulub gedibsə, kişi heç bir məsuliyyət daşımır. Yox, əgər onun iradəsinə zidd hərəkətlər olubsa, burada cinayət əməli var. Hər şey qızın ifadəsindən asılıdır.

Vəkil həmçinin valideynlərin görüşə buraxılmaması məsələsinə də münasibət bildirib:

“O ki qaldı, müstəntiqin onun yaxınları ilə görüşünə icazə verməməsinə. Bu artıq müstəntiqin qəbul etdiyi qərarla baş verə bilər. Çünki, yaxınlarının onunla görüşü zamanı hər hansı bir təyziq ola bilər. Bu baxımdan müstəntiq burada qanuna əsaslanıb istintaq dövründə görüşə icazə verməyə bilər. Bu hal qanunla tənzimlənir.”

Əməkdaşımız qaçırılan qızın əmisi ilə əlaqə saxlayıb. Onun sözlərinə Quliyev Zaurun bu hərəkəti birinci deyil. O, bir müddət əvvəl 15 yaşlı qızı da belə aldadıb qaçırıbmış.

“ Mənim qardaşım qızını yoldan çıxarıb qaçıran Zaur adlı şəxs evlidir. O, evli ola-ola 15 yaşlı bir qızı götürüb qaçmışdı. Manyakdır o. Bir müddət onunla yaşayandan sonra ailəsi polisə müraciət etdi. Daha sonra qız onun əlindən alındı. Bütün bunlara baxmayaraq o, məsuliyyətə cəlb olunmur. Onun nəticəsidir ki, daha bir azyaşlını qaçırıb. Qıza onun tərəfindən təyziq olduğu üçün qız həyəcanlıdır və qorxu içindədir. Bu gün saat 14:00-da qızın valideynləri ilə görüşü olacaq. Oğlanın qohumları bizə yaxınlaşıb deyirlər ki, bu məsələni yoluna qoyaq. Ancaq biz onlara qız verəsi deyilik. Çünki o insan təhlükəli adamdır. Evli ola-ola artıq ikinci azyaşlı qızı qaçırıb. Bunun qarşısı vaxtında alınmasa bunun əməllərindən əziyyət çəkən daha çox olacaq.”
Femida.az məsələni diqqətdə saxlayacaq.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 14386