İŞİD Türkiyəyə 3 top mərmisi atdı


19:11     23 Avqust 2016 isid%20turkiye.jpg

Bu səhər saatlarında Karkamış sərhəd məntəqəsinə iki top mərmisi atan İŞİD terror təşkilatının növbəti hədəfi Kilis şəhəri olub.


Femida.az- ın xarici KİV-ə istinadən məlumatına görə, İŞİD tərəfindən atılan 3 raket mərmisi Kilisdə güclü partlayışa səbəb olub. Hadisə yerinə çoxlu polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Ölənlərin olmadığı deyilir.
Partlayışdan sonra bələdiyyə vətəndaşlara evdən çıxmamaqla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, daha əvvəl Kilisdə atılan top mərmiləri nəticəsində 21 nəfər ölmüşdü.

Açar sözlər:

Oxunub: 1023