Türkiyə iki şəhid verdi


19:41     23 Avqust 2016 diyarbakir-da-polise-saldiri-1-sehit-1444629550.jpg

Türkiyənin Şırnak bölgəsinin Uludərə rayonunda PKK-çıların yola yerləşdirdikləri partlayıcının hərbi zirehli maşının keçidi zamanı işə salınması nəticəsində biri baş leytenant olmaqla, iki nəfər şəhid olub.


Femida.az xəbər verir ki, hücum Uludərə Rayonunun Andaç kəndi yaxınlığında bu gün yerli vaxtla saat 12:00 radələrində həyata keçirilib.

PKK-çılar Andaç kəndindəki hərbi baza bölgəsinə gedən hərbi maşının keçidi zamanı yola yerləşdirdikləri partlayıcı qurğunu uzaqdan pult ilə işə salaraq partladıblar. Şiddətli partlayışda maşında olan 2 hərbiçi həyatını itirib. Hücumdan sonra bölgədəki terrorçuları zərərsizləşdirmək üçün hava dəstəkli əməliyyat başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1492