Boş qalan yerlərə ərizə qəbulu başa çatıb - TQDK


19:56     23 Avqust 2016 tqdk%20yeni1.jpg

2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu başa çatıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Femida.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müsabiqə şərtini ödəmiş 2 namizəd ərizə ilə müraciət edib və həmin 2 namizəd rezidenturaya qəbul olub. Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri avqustun 24 və 25-də müvafiq qurumlara - Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizəd Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 978


Oxşar xəbərlər