Maşın ağaca çırpıldı : Xəsarət alan var


20:04     23 Avqust 2016 qeza72.jpg

Xaçmazda yol-nəqliyyat hadisəsi qeydə alınıb.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 47-ci km-də 90 NT 637 dövlət nömrə-nişanlı “Volskwagen” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə bir nəfər xəsarət alaraq Xudat Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 794