Bakıda tanqo gecəsi keçiriləcək


01:56     24 Avqust 2016 tango%20gecesi.jpg

Sentyabrın 2-də Bakıda ilk dəfə tanqo gecəsi keçiriləcək.


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Femida.az-a verilən məlumata görə, YARAT FreeStyle və yeni açılmış Bakı Tanqo Məktəbinin təşkil edəcəyi gecədə Maxo Martirena və Rodriqo Fonti iştirak edəcək.

Maxo Martirena (Uruqvay) və Rodriqo Fonti (Argentina) yeni yaradıcılıq səyahətinə çıxıblar. Bu səyahətdə onlar müxtəlif obrazları, onların canlandırılması yollarını davamlı şəkildə araşdırır. Onlar dünyanın bir çox şəhərlərində keçirilən tanqo festivallarında rəqqas kimi çıxış etməklə yanaşı, peşəkar tanqo dərslərinin tədrisi ilə də məşğul olurlar.

Tanqo rəqsləri gecəsinə giriş sərbəstdir.

Femida.az

Açar sözlər:

Oxunub: 1212