İŞİD hücuma keçdi


00:05     24 Avqust 2016 1438232257_iside-egitim-veren-4-turk-subayi-gozaltina-alindi-iddiasi_1143238_720_400.jpg

Əksəriyyəti kürdlərdən ibarət olan ABŞ və Qərbin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Hasəkə vilayətinin cənubunda yerləşən Şəddadi şəhəri ərazisində İŞİD terrorçuları ilə şiddətli döyüşlərə başlayıb.


İŞİD terrorçuları Əzavi qəsəbəsində yerləşən yüksəkliyi ələ keçirməyə nail olub. Döyüşlərin hazırda davam etdiyi bildirilir.

Qeyd edək ki, Şəddadi şəhəri strateji əhəmiyyətə malikdir. Belə ki, bu şəhər Rəqqa, Hasəkə və Deyr əz-Zor vilayətləri ərazisində yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 1350