Polis avtomobili atəşə tutuldu: ölən var


23:41     23 Avqust 2016 tapanca%20(2).jpg

Misirin Ariş şəhərində bir qrup şəxs polis avtomobilini atəşə tutub.


Hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub. Silahlı şəxslərin polisə Qahirə küçəsində hücum etdiyi bildirilir. Polis hadisədən sonra bölgədə təhlükəsizlik tədbirlərini artırıb. Faktla bağlı araşdırma başladılıb, cinayətkarların yaxalanması üçün xüsusi qrup yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1546