Dəmirtaş həbs edilir: 6 il 8 ay


22:45     23 Avqust 2016 demirtas.PNG

Türkiyənin PKK tərəfdarı hesab olunan Xalq Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş “Prezidentin fəaliyyətini araşdırma” maddəsi üzrə 4 il 8 ay, sabiq baş nazir Əhməd Davudoğlunu təhqir etdiyinə görə isə 2 ilə qədər həbs cəzası ala bilər.


Femida.az xəbər verir ki, bu barədə İstambulun Bakırköy Cümhuriyyət Baş Savcılığı (prokurorluğu) sözügedən iddianamələr hazırlayıb.

Qeyd edək ki, Dəmirtaş prezident Ərdoğanın Rusiya səfərindən sonra onun fəaliyyəti ilə bağlı açıqlamasında deyib ki, ölkə başçısı xətasını dülətmək üçün Moskvaya səfər edib, sabiq baş naziri isə “görüş almaq üçün hər şeyindən keçən adam” adlandırıb.

Yaxın günlərdə onun millət vəkili statusunun da əlindən alınması gözlənilir.

Açar sözlər:

Oxunub: 7372